Polşa prezidenti gözlənilməz səfərlə Kiyevə gedib


Polşa prezidenti Anjey Duda Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün Kiyevə gəlib.


AFN.az xəbər verir ki, bu barədə Polşa liderinin ofisi məlumat yayıb.

"Prezident Anjey Dudanın Ukraynaya səfəri başlayıb. Ukraynanın müstəqilliyinin 33-cü ildönümündə Polşa Respublikasının prezidenti bayram şənliklərində iştirak edəcək", - deyə qurumun X-dəki hesabında deyilir. Həmçinin Polşa dövlət başçısının qatarla Kiyevə gəlişini əks etdirən videomaterial yerləşdirilib. Dudanın Ukraynanın paytaxtında qalması ilə bağlı təfərrüatlar verilmir.

Polşa liderinin ofisindən verilən məlumata görə, Duda artıq iki dəfə - 2016 və 2021-ci illərdə Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak edib.

Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd edir. 1991-ci ilin bu günündə Ukrayna SSR Ali Sovetinin deputatları “Ukraynanın Müstəqillik Bəyannaməsi Aktı”nı qəbul ediblər. 1992-ci ildən 24 avqustda Ukraynada Müstəqillik Günü dövlət bayramı kimi qeyd olunmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu