Tusk ABŞ-ın Polşa vasitəsilə hərbi yardımını dayandırdığını təsdiqləyib

ABŞ Rzeşovdakı Yasionki hava limanındakı logistika qovşağı vasitəsilə Ukraynaya hərbi ləvazimatların çatdırılmasını dayandırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib. [Polşa-Ukrayna sərhədindən, Yasionkadakı mərkəzdən gələn xəbərlər Amerika tərəfinin bəyanatlarını təsdiqləyir", - deyə Tusk Polşa Nazirlər Kabinetinin iclasından əvvəl deyib.
Polşanın baş naziri Ağ Evin bu qərarını, eləcə də Amerikanın Rusiyaya qarşı sanksiyalarının mümkün qismən ləğvi məsələsini “son onilliklərin ən böyük problemi” adlandırıb.