Polşanın baş naziri: Slovakiyalı həmkarıma hücumdan sonra ölümlə hədələndim
Polşanın baş naziri Donald Tusk dünən Slovakiyanın baş naziri Robert Fikoya silahlı hücumdan sonra ölümlə hədələndiyini açıqlayıb.
Tusk X hesabında ona gələn "Bu gün Slovaklar bizə Donald Tusk ile ne etmək gərəkdiyinə dair bir örnək göstərdi" şərhinin skrinşotunu paylaşıb.
“Wirtualna Polska” qəzetinin Polşa Dövlət Mühafizə Xidmətinin adı açıqlanmayan bir rəsmiyə əsaslanaraq verdiyi xəbərdə, Slovakiyanın baş naziri Fikoya qarşı sui-qəsd cəhdindən sonra Tuskun mühafizəçi sayının ehtiyat tədbiri olaraq artırılacağı bildirilib.