Polşanın baş nazirinə Ukrayna ilə bağlı ittiham


Varşavanın oktyabrın 18-də Berlində Ukrayna ilə bağlı keçirilən görüşdən kənarda qalmasına görə Polşanın baş naziri Donald Tusk günahkardır.


Bu barədə Polşa prezidentinin ofisinin rəhbəri Marçin Mastalerek RMF24 radiostansiyasının efirində bildirib.

Polşa liderinin nümayəndəsinin sözlərinə görə, ölkənin baş naziri almanpərəst siyasət yürüdür.

Berlində keçirilən sammit zamanı ABŞ, Fransa, Almaniya və Böyük Britaniya liderləri Ukraynanın qalib gəlməsi və hərbi və humanitar yardım göstərməsi üçün beş bəndlik planı müzakirə ediblər. Donald Tusk və Polşa prezidenti Anjey Duda danışıqlara dəvət edilməyib. Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlvesin sözlərinə görə, Polşanın sammitdə iştirakına şəxsən mane olan kansler Olaf Şolz olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu