İsrail 50 qırıcı ilə İranda nüvə hədəflərinə yeni zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri 50 qırıcı təyyarə ilə İranın nüvə proqramının prioritet hədəflərinə hücum edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə nüvə silahı proqramının prioritet hədəflərinə və Tehrandakı raket komponentlərinin istehsalı obyektlərinə hücum edib”, - deyə məlumatda bildirilir.