Röya Ayaz Salayevə cavab verdi: Siz elə ölü qalın! - VİDEO


Xalq artisti Röya Ayxan Əməkdar incəsənət xadimi Ayaz Salayevin onunla bağlı səsləndirdiyi fikirlərə cavab verib.



Bizim.Media xəbər verir ki, Kann Film Festivalından Bakıya qayıdan müğənni “Instagram”ın hekayə bölməsində video paylaşıb.



Röya paylaşdığı videoda onun Festivalda iştirakı haqda qalmaqallı açıqlamalar verənlərə, xüsusilə də Ayaz Salayevə ismarış göndərib:



“Ay Daşqın, deyirlər ki, rəhmətliklər yenidən diriliblər. Enerjiyə gəlmisiniz! Elə bilirsiniz ki, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız… Özünüzə gəlin! Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni də mənəm. Çünki oxuduğum kimi ürəyim var. “Haydi” oradan!”



Qeyd edək ki, kinorejissor qaynarinfo-ya açıqlamasında belə deyib:



“Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir. Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər.



Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”, - deyə, qeyd etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu