Rayonlara leysan yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin yağıntılı keçəcəyi proqnozlaşdırılır.
AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağışlar və dolu düşəcəyi ehtimal olunur.
Hidrometeorologiya Xidmətindən verilən açıqlamaya görə, gözlənilən yağıntılar nəticəsində çaylarda sululuq artacaq, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylarda isə qısamüddətli sel və daşqın baş verə bilər.
Vətəndaşlara və aidiyyəti qurumlara diqqətli olmaları tövsiyə olunur.