“TuranBank” “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - VİDEO


Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC, “ASAN Könüllüləri” tərəfindən həyata keçirilən "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş layihəni uğurla həyata keçirib.



Layihə çərçivəsində TuranBank-ın satış nöqtələri və Baş ofisində təkrar emal üçün xüsusi qutular yerləşdirilib. Bu təşəbbüsün məqsədi ətraf mühitin qorunması, kağız israfının qarşısının alınmasıekoloji məsuliyyət hissinin artırılmasıdır.



Məlumata görə, “Yaşıl ASAN” proqramı çərçivəsində indiyədək 2 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Bu sayədə 37 400-dən çox ağacın kəsilməsinin qarşısı alınıb.



TuranBank qeyd edir ki, yaşıllıqların qorunması və artırılması istiqamətində səylərini davam etdirəcək və ekoloji təşəbbüslərdə fəal iştirak edəcək.



TuranBank

Bizimlə etibarlıdır…












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu