Yunanıstanın içməli suyunda uran aşkarlandı


Yunanıstanın şimalındakı Serres şəhərində içməli sularda təhlükəli səviyyədə uran aşkar edildikdən sonra beş yaşayış məntəqəsində suyun içilməsi və yemək bişirilməsində istifadəsi qadağan edilib.



Avropa Birliyinin direktivləri çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metohi, MelenikiotikaHrisopigi kəndlərindəki içməli suda qanuni hədləri aşan miqdarda uran müəyyən olunub.



Serres Bələdiyyəsinin Su və Kanalizasiya İdarəsinin (DEYAS) baş direktoru Nikos Safarikas bildirib ki, nəzarət ölçmələri mütəmadi olaraq aparılır və götürülən nümunələr analiz üçün ölkənin bu sahədə yeganə səlahiyyətli qurumu olan Demokritos Tədqiqat Mərkəzinə göndərilir.



Safarikas DEYAS-ın uran aşkarlanan ərazilərdə su təmizləmə layihələri üçün hazırlıqlara başladığını da qeyd edib.



Serres valisi Panagiotis Spiropulos isə vəziyyətin ciddi şəkildə izlənildiyini, lakin xalqın təşvişə düşməsinə ehtiyac olmadığını bildirib. İlk ölçmələrdən dərhal sonra yeni testlərin başladığını, hazırda isə rəsmi tövsiyələrin gözlənildiyini deyib.



Uranın insan sağlamlığı üçün potensial risklərə malik olduğu qeyd edilərək, qısa müddətdə təmizləmə və alternativ su təchizatı planlarının həyata keçirilməsi planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu