Səttar Bəhlulzadə adına XDTG-nin 9-cu sinif şagirdi maksimum nəticə göstərdi


Xəbər verildiyi kimi, aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri açıqlanıb.



Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan iştirakçıları arasında 8 nəfər maksimum 300 bal toplayaraq ən yüksək nəticəyə nail olub.



300 bal toplayan şagirdlərdən 1-i də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi Tahirov Ayxan İmran oğludur.



Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya bu uğurla bağlı Ayxan Tahirovu, onun valideynlərini və müəllimlərini təbrik edib, daha böyük nailiyyətlər arzulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu