ABŞ: Suriyaya qarşı sanksiyaların tez bir şəkildə qaldırılması üçün çalışırıq


ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs Suriyaya tətbiq olunan sanksiyaların qaldırılması üçün intensiv şəkildə çalışdıqlarını bildirərək, “Dəqiq bir tarix vermədən deyə bilərəm ki, bu proses sürətli və şübhəsiz ki, alışdığımızdan daha sürətli şəkildə həyata keçiriləcək”, – deyə qeyd edib.



Brüs keçirdiyi mətbuat brifinqində ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunması prosesi ilə bağlı fikirlərini bölüşüb.



O, ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi məsələsində qəti mövqe sərgilədiyini vurğulayaraq, “Aydındır ki, Prezident bu addımın atılmasının vaxtının çatdığı qənaətinə gəlib. Bu istiqamətdə dərhal fəaliyyətə başlayan və hazırda da bu məsələ üzərində çalışan bir qrupun olduğunu bilirəm”, – deyə bildirib.



Brüs əlavə edib ki, bir ölkəyə qarşı tətbiq olunan sanksiyaların hətta Prezidentin göstərişi ilə belə ləğv olunması müəyyən zaman tələb edir və bu proses zamanı həm Dövlət Departamenti, həm də Maliyyə Nazirliyi fəal şəkildə işləyir.



ABŞ rəsmisi bildirib ki, müvafiq qurumlar prezidentin necə işlədiyini bildikləri üçün işləri mümkün qədər tez görülməlidir: "Dəqiq bir tarix göstərmədən deyə bilərəm ki, bu proses sürətli və mütləq şəkildə öyrəşdiyimiz tempdən daha tez aparılacaq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu