Bakıda idman meydançasında meyit tapıldı


Paytaxtın Sabunçu rayonunda meyit tapılıb.



Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idman meydançasında kişi meyiti aşkarlanıb.



Meydançadakı turnikin yanında tapılan meyitin 1963-cü il təvəllüdlü F.Baxşəliyevə məxsus olması məlum olub. Əvvəllər məhkum olunmuş şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.



Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu