Bakıda küçədən meyit tapıldı


Bakıda küçədən meyit tapılıb.


Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun Ş.Əzizbəyov küçəsi ev 68-in qarşısında naməlum kişi meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Baba oğlu Hacıyev olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Lent.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu