Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov inzibati qaydada həbs edilib.
AFN.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Yusif İsmayılov Xalq artistinin hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. Hadisə Xaçmaz rayonunun Turist kəndində, Naibə Allahverdiyevaya məxsus evdə baş verib.
İttihama əsasən, Y. İsmayılov Xalq artistinə qarşı fiziki zor tətbiq edib. Məlumata görə, tərəflər 5 may tarixində təmir məqsədilə Xaçmaza gediblər, lakin aralarında mübahisə yaranıb. N. Allahverdiyevanın ifadəsinə əsasən, keçmiş həyat yoldaşı onu əvvəlcə sillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq qapıya çırpıb. Nəticədə aktrisa xəsarət alıb.
Təqsirləndirilən şəxs mayın 9-da Bakıya qayıtmaq istəyərkən növbəti dəfə mübahisə yaşandığını, lakin heç bir fiziki təzyiq göstərmədiyini bildirib.
Məhkəmə Yusif İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə təqsirli bilib və 15 sutka inzibati həbs cəzası verib.