Məşhur tiktoker həbs edilib


Tanınmış tiktoker Ömər həbs edilib.


Oxu.Az-ın məlumatına görə, o, inzibati qaydada 15 sutkalıq həbs olunub.

Belə ki, məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumatı Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, İXM-in 510-cu maddəsinə - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə - görə təqsirləndirilən şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu