İran və ABŞ danışıqların yeni mərhələsinə hazırlaşır


Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqların yeni raunduna hazırlaşır. Növbəti görüşlərdə müsbət nəticə əldə edəcəklərinə ümid edilir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran-Amerika məsləhətləşmələrinin beşinci raundunun yekunlarına dair İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

Tərəflər öz mövqelərini yekunlaşdırmaq, daha sonra danışıqların növbəti raundunu təşkil etmək və keçirmək barədə razılığa gəliblər. Ümid edirəm ki, növbəti bir-iki görüşdə biz danışıqların irəliləməsinə imkan verəcək qərarlar əldə edə biləcəyik. Omanın maneələrin aradan qaldırılması istiqamətində gördüyü işlər sayəsində irəliləyişə nail olmaq şansı var”, - deyə o, bildirib.

Əraqçi danışıqların son raundunu “bu günə qədər ən peşəkar danışıqlardan biri” adlandırıb: “Biz İranın mövqeyini açıqladıq. Bu, son dərəcə aydındır. Düşünürəm ki, Amerika tərəfi İran İslam Respublikasının mövqeyini daha yaxşı anlamağa başlayıb.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu