Kreml: Ukrayna ilə danışıqların növbəti mərhələsinin yeri yalnız iki tərəfin razılığı ilə müəyyən edilə bilər


Kreml sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında aparılacaq növbəti danışıqların harada keçiriləcəyinə dair hələlik yekun qərar verilmədiyini bildirib. Onun sözlərinə görə, bu cür qərar yalnız bir tərəfin deyil, hər iki tərəfin razılığı ilə verilə bilər.



Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov deyib: “Danışıqların növbəti mərhələsinin keçiriləcəyi yer barədə hələ razılıq əldə olunmayıb. Bu, yalnız bir tərəfin qərarı ilə mümkün deyil. Hər iki tərəfin razılığı tələb olunur. Vaxtı çatdıqda bu qərar təbii şəkildə veriləcək”.



Peskov eyni zamanda son günlərdə Ukraynanın Rusiyaya, xüsusilə də Moskvaya qarşı PUA hücumlarını da şərh edib:



“Kiyev rejimi düşmən fəaliyyətlərini davam etdirir. Sivil və ictimai infrastruktur obyektlərinə hücumlar həyata keçirir. Bu rejim öz mahiyyətini qoruyub saxlayır.”



Peskov qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bu hücumların çoxunu uğurla dəf edir.



Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri 3 ildən sonra ilk dəfə 16 may tarixində İstanbulda – Dolmabahçədə bir araya gəlmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu