Peskov: Ukraynada nizamlama Avropanın təhlükəsizliyini müzakirə etmədən mümkün deyil

Ümumavropa təhlükəsizliyi məsələlərini nəzərdən keçirmədən Ukrayna münaqişəsinin hərtərəfli həlli mümkün deyil.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
“Əlbəttə ki, hərtərəfli nizamlanma, uzunmüddətli nizamlanma, Ukraynada həyat qabiliyyətli nizamlanma qitədə təhlükəsizlik məsələləri hərtərəfli araşdırılmadan mümkün deyil”, - Kreml nümayəndəsi bildirib.