Peskov ABŞ-ın Rusiyadakı KXDR ordusu ilə bağlı bəyanatlarını şərh etməyib


ABŞ özü etiraf edir ki, Şimali Koreya hərbi qulluqçularının Rusiya ərazisində olması ilə bağlı heç bir təsdiq yoxdur, ona görə də Kreml Amerika tərəfinin bəyanatlarını şərh etmir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mən bu mövzuda heç nə deməyəcəyəm, çünki bu barədə danışan bütün ABŞ nümayəndələri həmişə bu ifadələrə əlavə edirlər: “Lakin Amerika tərəfinin yekun təsdiqi yoxdur”.

Peskov bildirib ki, Rusiyanın KXDR-ə raket texnologiyası sahəsində yardımı məsələsi Kremlə deyil, Rusiya Müdafiə Nazirliyinə ünvanlanmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu