HƏMAS-la girovların azad edilməsi müzakirə olunur - Tramp

Vaşinqton administrasiyası HƏMAS-la girovların azad edilməsi məsələsini müzakirə edir, hərəkata hər hansı nağd ödənişin mümkünlüyünü istisna edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, Vaşinqton administrasiyasının rəsmiləri ilə HƏMAS nümayəndələri arasında birbaşa təmasların olduğunu təsdiqləyib. "Söhbət israilli girovlardan gedir. Biz HƏMAS üçün heç nə etmirik, onlara pul da vermirik. Məsləhətləşmələr aparmaqla HƏMAS-a ödəniş etmək arasında fərq var”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, ABŞ rəsmiləri HƏMAS nümayəndələri ilə girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs sazişinin bağlanması imkanlarını müzakirə ediblər. Nəşrin xəbərinə görə, Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beyler Dohada HƏMAS nümayəndələri ilə görüşlər keçirib.