Latviya Seymi Rusiya və Belarusa turist səfərlərini qadağan edən qanun layihəsini dəstəkləyib

Latviya Seymi (parlamenti) Latviya turoperatorlarına Rusiya və Belarusiyaya səfərlər üçün turizm xidmətləri təklif etməyi və göstərməyi qadağan edən qanun layihəsini dəstəkləyib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunun səbəbi kimi Latviya sakinlərinin Rusiya və ya Belarusa səfər edərkən casusluğa cəlb edilməsi ehtimalı göstərilib.
"Qadağanın Latviyada qeydiyyatdan keçmiş bütün turizm xidmətləri göstərən şirkətlərə şamil ediləcəyi planlaşdırılır", - deyə parlamentin saytında dərc olunan məlumatda bildirilir.
Latviya turoperatorları Rusiyaya turlar təşkil etmir, lakin dörd agentlik Belarusa səfərlər təklif edir. "Dəyişikliklərin qüvvəyə minməsi üçün Seym onları daha iki oxunuşda dəstəkləməlidir", - sənəddə deyilir.