Belarus nömrəli avtomobillərin Latviyaya girişi qadağan edilib


Latviya Belarus nömrəli minik avtomobillərinin ölkəyə girişini qadağan edib.



Latviya Dövlət Gəlirləri İdarəsinin açıqlamasında bildirilir ki, Belarus dövlət nömrə nişanlı minik avtomobillərinin Belarus və ya Rusiyadan ölkə ərazisinə daxil olması qadağandır. Açıqlamada sabahdan qüvvəyə minəcək qadağanın Avropa Birliyinin (AB) yeni sanksiyalar paketi çərçivəsində tətbiq edildiyi bildirilib.

Polşa, Estoniya, Latviya, Litva və Finlandiya, Rusiya ilə həmsərhəd Avropa Birliyinə üzv ölkələr və Aİ üzvü olmayan Norveç Ukraynadakı müharibə səbəbiylə tətbiq edilən sanksiyalar çərçivəsində keçən il Rusiya nömrəli nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyub.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu