Polşanın Aİ-dəki səfiri: "Aİ Varşavadan nümunə götürməli və Belarusa qarşı sanksiyalar tətbiq etməlidir"
Avropa İttifaqı (Aİ) Varşavadan nümunə götürməli və Belarusa qarşı sanksiyalar tətbiq etməlidir.
AFN.az xəbər verir ki, bu barədə Polşanın Aİ-dəki səfiri Anjey Sados çağırışı edib.
O, Belarusa sanksiyalar olmadan Rusiyaya qarşı sanksiyaların heç bir rasional mənası olmadığını bildirib.
Səfir xatırladıb ki, Polşa hökuməti Belarus rejiminin 365 nümayəndəsinə, Belarus və Rusiya firmalarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib. Ölkə həmçinin Belarus və Rusiya yük maşınlarının sərhədi keçməsini qadağan etməyi planlaşdırır.
Xatırladaq ki, Polşa Daxili İşlər və Administrasiya Nazirliyi iyunun 1-dən Rusiya və Belarusda qeydiyyatda olan yük maşınlarının Polşa-Belarus sərhədi ilə hərəkətini bağlayacaq. Yarımqoşqular və yol qatarları da daxil olmaqla, yük daşıyan yük maşınları üçün sərhəd "sonrakı xəbərdarlığa qədər" bağlı elan edilib.