Polşa Rusiya və Belarus yük maşınları üçün sərhədi bağladı
Polşa daxili işlər naziri Mariuş Kaminskinin fərmanına əsasən, 2023-cü il iyunun 1-dən Rusiya və Belarus nömrəli yük maşınları üçün sərhəd bağlanıb.
AFN.az xəbər verir ki, qəbul edilmiş qərara əsasən, Rusiya və Belarusda qeydiyyatda olan yük maşınları, traktorlar, qoşqular və yarımqoşqular növbəti xəbərdarlıq edilənədək Polşa ilə sərhədi keçə bilməyəcək.
Baş nazirin müavini, Sənaye və Ticarət Naziri Denis Manturovun sözlərinə görə, Rusiya və Belarus yük maşınlarının Polşadan keçməsinə rəsmi qadağa Polşa üçün heç bir risk yaratmır.