Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərməyi planlaşdırır


Polşa Sərhəd Mühafizəsi ölkənin Belarusla sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.


Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Polşa-Belarus sərhədində bəziləri zorakılıq xarakteri daşıyan bir sıra insidentlər baş verib.

Bu gün keçirdiyi mətbuat konfransında Polşa daxili işlər nazirinin müavini Maçey Vasik qeyd edib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istəyib.

Qeyri-qanuni immiqrasiya ilə mübarizənin bütün prosesinin Belarus Sərhəd Mühafizəsi tərəfindən təşkil edildiyini bildirən Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını qeyd edib.

Polşa hakimiyyəti son həftələr sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı bəyanatlarını gücləndirib. Xüsusilə Rusiyanın özəl mühafizə şirkəti “Vaqner”in Belarusda yerləşdirilməsindən sonra təhlükəsizliklə bağlı narahatlıqların artması səbəbindən bu addımlar daha da gücləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu