Cənubi Koreyada Yoonun məhkəməsi başlayır


Cənubi Koreyada 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində prezident vəzifəsindən uzaqlaşdırılan və yanvarın 19-da həbs edilən Yoon Suk Yeolun Konstitusiya Məhkəməsində impiçment üzrə məhkəmə iclası keçirilib.


Yonhap-ın məlumatına görə, Yoon saxlandığı Seul təcridxanasından hərbi vəziyyətin elan edilməsi ilə bağlı dinləmənin keçiriləcəyi Konstitusiya Məhkəməsinə gətirilib.

Yoonun yerli vaxtla saat 14:00-da impiçment dinləmələrində iştirak edəcəyi və hərbi vəziyyətin elan edilməsi ilə bağlı müdafiə çıxışı edəcəyi gözlənilir.

Bu arada yüzlərlə insan Yoona dəstək nümayişi keçirmək üçün məhkəmə binası qarşısında toplaşıb.

Konstitusiya Məhkəməsi işə baxılmağa başlayan 14 dekabr 2024-cü ildən altı ay ərzində Yoonun işdən çıxarılması ilə bağlı qərarını verməlidir.

Məhkəmə Yoonun vəzifəsindən uzaqlaşdırılmasına qərar verərsə, Cənubi Koreya 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirəcək.

Yonhap-ın məlumatında qeyd olunur ki, Yoon öz impiçment məhkəməsində iştirak edən ilk dövlət başçısıdır. Bildirilir ki, əvvəllər impiçment prosesi ilə bağlı mühakimə olunan keçmiş prezidentlər Roh Muhyun və Park Kın He dinləmələrə qatılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu