Tramp: Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəm
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçi bunu Vaşinqtonda jurnalistlərlə söhbəti zamanı deyib.
"İndi gəmilərimizdən daha çox pul alırlar. Bu baş verməyəcək. Və Çin Panama kanalını idarə edir. Bu, olmayacaq", - deyə Tramp qeyd edib.
Trampdan həmçinin Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsi üçün hərbi gücdən istifadəyə icazə verib-verməyəcəyinə aydınlıq gətirməsi istənilib. O, bu suala birbaşa cavab verməyib, yanvarın 7-də Qrenlandiyaya gələn oğlu kiçik Donald Trampın çox səmimi qarşılandığını ifadə etməklə kifayətlənib.