Macarıstan Aİ-nin Gürcüstan rəsmilərinə qarşı sanksiyalarına veto qoyacaq


Macarıstan, lazım gələrsə, Avropa İittifaqının Gürcüstan hökumətinin nümayəndələrinə və Gürcüstanın dövlət qulluqçularına qarşı sanksiyalarına veto qoyacaq.


AFN.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə danışıqlardan sonra mətbuat konfransında deyib.

“Avropa İttifaqı Gürcüstanın daxili işlər naziri və iki polis rəisinə qarşı sanksiyalar tətbiq edərsə, Macarıstan hökuməti lazım gələrsə, bu qərara veto qoyacaq, çünki o, bunu mənasız və əsassız hesab edir”, - deyə Siyarto bildirib.

O, Aİ liderlərini Gürcüstana siyasi hücumlarla bağlı ikili standartlarda və ikiüzlülükdə ittiham edib. "Gürcüstan vətəndaşları sülh və ailə dəyərlərinin tərəfdarı olan vətənpərvər mühafizəkar hökumət seçiblər və həmişə olduğu kimi, liberal əsas cərəyan vəhşiləşib” - deyə Macarıstan rəsmisi qeyd edib.

"Liberal əsas cərəyan adətən belə olur: mühafizəkar, vətənpərvər partiya seçkidə qalib gələrsə, onlar dərhal siyasi sistemin demokratiyasını şübhə altına alırlar. Liberal partiya qalib gələrsə, onlar demokratiyanın fantastik təntənəli qələbəsini qeyd edirlər", - deyə Siyarto əlavə edib.

Onun fikrincə, Gürcüstanda müxalifət qalib gəlsəydi, Brüssel uca səslə bəyan edərdi ki, demokratiya heç vaxt bu qədər yaxşı vəziyyətdə olmayıb. "Bu, liberal əsas axının çox iyrənc, çılpaq və onsuz da darıxdırıcı oyunudur, biz onu rədd edirik" - deyə nazir etiraz edib.

Siyarto təsdiqləyib ki, Macarıstan Gürcüstanın Avropa İttifaqına inteqrasiya səylərini dəstəkləməyə davam edir və bu prosesi sürətləndirmək üçün ona lazımi yardımı göstərməyə hazırdır. Onun sözlərinə görə, Brüsselin bu məsələyə münasibəti fərqlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu