İran Suriya müxalifət liderləri ilə birbaşa əlaqə qurub - KİV


Tehran Dəməşqdə hakimiyyəti ələ keçirmiş Suriya silahlı müxalifətinin rəhbərliyi ilə birbaşa əlaqə kanalını saxlayır.


AFN.az xəbər verir ki, bu barədə "Reuters"ə İran rəsmisi məlumat verib. Bildirilir ki, bu, İran və Suriya münasibətlərində düşmənçiliyin qarşısını almaq üçün lazımdır. O əlavə edib ki, İslam Respublikası Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqa açıqdır.

“Suriyanın yeni rəhbərliyi ilə qarşılıqlı fəaliyyət ikitərəfli münasibətlərin sabitləşdirilməsində və regionda gərginliyin artmasının qarşısının alınmasında əsas rol oynayır”, - deyə agentliyin həmsöhbəti qeyd edib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi terrorizmi dəstəkləməkdən imtinanı, Suriya şiələrinin hüquqlarına hörmətlə yanaşmağı və İsraildən uzaqlaşmağı Tehranın Suriya silahlı müxalifəti ilə qarşılıqlı fəaliyyətinin əsas şərtləri adlandırıb.

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası keçid hökumətinin formalaşdırılması üzərində işlədiyini açıqlayıb. Koalisiya yeni Suriya qurmaq məqsədi ilə bütün ölkələrlə strateji tərəfdaşlıq qurmaq arzusunda olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu