Rusiya səfirliyi İrandakı ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib


Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalına görə İrandakı ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.


“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - deyə diplomatik missiyanın bəyanatında deyilir. Səfirlik həmçinin Rusiya vətəndaşlarına səfirliyin resurslarında yayımlanan məlumatları mütəmadi olaraq izləməyi tövsiyə edib.

Oktyabrın 1-də İran Fələstinin radikal HƏMAS hərəkatı, Livanın şiə təşkilatı Hizbullah və İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində olan əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə qarşı irimiqyaslı raket hücumu həyata keçirib. Tehran raketlərin 90%-nin nəzərdə tutulan hədəfləri uğurla vurduğunu, İsrail isə İranın 180-ə yaxın raket atdığını və onların əksəriyyətinin ələ keçirildiyini iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu