Aİ-nin Rusiyaya qarşı yeni sanksiya rejimi gələn il oktyabradək qüvvədə olacaq


Avropa İttifaqı Şurasının bir gün əvvəl qəbul etdiyi Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin yeni mexanizmi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq.


Bu barədə Aİ-nin rəsmi nəşrində dərc olunan fərmanda deyilir.

Hazırda Aİ-nin bəzi mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Avropa İttifaqında Rusiyaya qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir nəzərdən keçirilir.

Oktyabrın 8-də Aİ Şurası Rusiyanın xaricdəki müəyyən “sabitliyi pozan hərəkətlərinə” qarşı yönələcək yeni qadağanedici tədbirlər mexanizmini qəbul edib. “Hibrid hərəkətlər” və “müdaxilə”nin nədən ibarət olduğuna dair qərarlar yalnız Aİ üzvlərinin və ya onun xarici siyasət xidmətinin tövsiyəsi əsasında Aİ Şurası tərəfindən qəbul ediləcək. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell ayrıca bəyanatında Brüsselin Moskvanı ittiham etdiyi “hibrid hərəkətlərin” siyahısını göstərib: kiberhücumlar, informasiya manipulyasiyası, seçkilərə müdaxilə, yandırma, vandalizm və təxribat, o cümlədən kritik infrastruktura zərər, təxribat məqsədləri üçün miqrasiyanın instrumentallaşdırılması. Borrell həmçinin bildirib ki, Rusiya NATO ölkələrinin “peyk rabitəsini”, onların hava məkanını pozur və Aİ-də ayrı-ayrı şəxslərə hücumlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu