Aİ Şurası Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
AFN.az bu barədə TASS-a istinadən xəbər verir. Bildirilir ki, məlumat Aİ Şurasının bəyanatında əksini tapıb. Bəyanatda vurğulanır ki, Rusiyaya qarşı sanksiyaların müddəti altı ay uzadılıb. "Sankskiyalar 2025-ci il yanvarın 31-dək qüvvədə olacaq" - deyə bəyanatda qeyd olunur.
Qərar 2014-cü ildən bəri qəbul olunmuş bütün sanksiyalara şamil edilir və ildə iki dəfə avtomatik olaraq qəbul edilir.