KİV: Tərəflər Qəzza üzrə danışıqların ilk günündə irəliləyiş əldə ediblər
Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.
AFN.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet danışıqlar prosesinin gedişi ilə bağlı başqa təfərrüat vermir.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Misir və ABŞ-ın iştirakı ilə məsləhətləşmələrin avqustun 16-da Dohada davam etdiriləcəyini bildirib. O qeyd edib ki, vasitəçilər atəşkəslə bağlı razılıq əldə etmək üçün irəliyə getməkdə qərarlıdırlar.