Filippin mübahisəli bölgədəki hərəkətlərinə görə Çinə şifahi nota verib
Filippin Cənubi Çin dənizinin mübahisəli bölgəsində Çinin Filippin qüvvələrinə qarşı aqressiv münasibətinə görə bu ölkəyə şifahi nota verib.
Filippin Xarici İşlər Naziri Enrike Manalo beynəlxalq mətbuat konfransında Filippin hökumətinin keçən həftə Çinə şifahi nota verdiyini açıqlayıb.
Sözügedən hadisə ilə bağlı Çin səfiri Huang Xilian ilə danışdığını bildirən Manalo söhbətin məzmunu ilə bağlı məlumat verməyib.
Davam edən gərginliklə bağlı danışıqlar masasına oturması üçün Çinin çalışacağını bildirən Manalo, gərginliyin artdığı bir mühitdə belə dialoq və diplomatiyanın prioritetinin etibarlı olması lazım olduğunu ifadə edib.
Mənbə: AA