Finlandiya beynəlxalq işçi qrupları ilə Ukraynaya kömək edəcək
Finlandiya Ukraynaya ikinci sülh konfransına hazırlaşacaq beynəlxalq işçi qruplarında kömək edəcək.
Bu barədə Finlandiya prezidenti Aleksandr Stubb məlumat verib.
"Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən Finlandiyanın bu prosesi belə ilkin mərhələdə iş səviyyəsində davam etdirə və irəliləməsinə kömək edə biləcəyini soruşdu. Biz cavab verdik ki, əlbəttə, biz bunu edə bilərik", - deyə Stubb mətbuat brifinqində bildirib. O, qeyd edib ki, söhbət İsveçrə tipli növbəti sülh konfransından getmir: "Vəziyyəti daha aşağı səviyyədə dəyişməkdən gedir. Biz müxtəlif yollar hazırlaya bilərik və Finlandiya öz rolunu oynayacaq".