Böyük Britaniya kraliçası Makronun həyat yoldaşı ilə əl sıxmaqdan imtina edib - VİDEO


III Çarlzın həyat yoldaşı, Böyük Britaniya kraliçası Kamilla Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitlə əl sıxmaqdan imtina edib.


Bu barədə Daily Mail məlumat yayıb.

Fransanın Vers-sür-Mer kommunasında dövlət başçılarının xanımları 1944-cü ildə Normandiya desantında iştirak etmiş ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüblər. Kraliça Kamilla və Bricit Makron gül dəstələri qoyduqdan sonra döyüşçülərin xatirəsini yad etmək üçün memorialın divarlarından uzaqlaşmağa başlayıblar. Bu zaman Fransa liderinin həyat yoldaşı Britaniya kraliçasının əlindən tutaraq onu sıxmaq istəyib. Kraliça cavab üçün əlini uzatmadığı üçün Bricit Makron əlini aşağı salmalı olub.

Nəşr kral ailəsinin üzvlərinə toxunmağın “həssas məsələ” olduğunu açıqlayır. Protokol tərəfindən qadağan edilməsə də, açıqlanmayan etiket qaydalarına görə, kral ailəsinin nümayəndəsi ilə əlaqə qarşılıqlı əl sıxışmadan kənara çıxmamalıdır.

ABŞ prezidenti Co Baydenin Vindzorda III Çarlzla görüşərkən bir neçə dəfə etiket və protokol qaydalarını pozduğu barədə məlumat yayılıb. Böyük Britaniya kralı ilə əl sıxma zamanı amerikalı lider sol əli ilə sağ əli ilə onun dirsəyindən tutmuş, həm də onun kürəyinə vurmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu