Makron və arvadının kraliçanın dəfnindəki "fırıldaqları" üzə çıxdı


Sentyabrın 8-də vəfat edən İngiltərə kraliçası II. Elizabetin dəfn mərasimində yalnız ABŞ prezidenti Co Baydenin öz xidməti avtomobilindən istifadə etməsinə icazə verilməsi Fransa prezidenti Emmanuel Makronu narazı salıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu məsələnin üstü aylar sonra açılıb. Belə ki, Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Baydenə rəsmi avtomobil imtiyazının onlara da verilməsini istəyiblər. Britaniya hakimiyyəti, Kraliça II Elizabetin dəfnində iştirak edən digər liderləri avtobusla mərasimin keçiriləcəyi kilsəyə və Bukingem Sarayına aparmaq qərarına gəlib. Lakin Makron və xanımı avtobusa minməmək üçün qəsdən gecikiblər. Tələbi diplomatik böhrana səbəb olan Makron hadisə baş verən gün saraya gedən avtobusu buraxmaq üçün həyat yoldaşı Bricit Makronla bilərəkdən uzun gəzintiyə çıxıb. "Daily Mail"in xəbərinə görə, cütlük avtobusun yola düşmə vaxtına gecikərək xüsusi avtomobilə minmək məqsədlərinə nail olublar. Nəticədə Britaniya administrasiyası diplomatik nəzakət həddini aşan Fransa prezidenti və onun həyat yoldaşı üçün də limuzin ayırmalı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu