G7 sammitində Rusiya aktivlərindən istifadə variantları müzakirə ediləcək


Yeddilik Qrupu (G7) ölkələrinin liderləri iyunda keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə etmək istiqamətində bir neçə fərqli variantı nəzərdən keçirəcəklər.


ABŞ Xəzinədarlığı katibinin birinci müavini Uolli Adeyemo “Bloomberg”ə müsahibəsində bildirib ki, ABŞ-ın maliyyə naziri Canet Yellen G7-nin maliyyə nazirlərinin iclasında Ukraynaya kömək üçün aktivlərdən istifadə etmək imkanını müzakirəyə çıxaracaq. "O, iyun ayında baş tutacaq görüşdə liderlərə təqdim olunacaq bir sıra variantlar üzərində digər ölkələrdən olan həmkarları ilə birlikdə işləyir”.

Adeyemo həmçinin Vaşinqtonun Moskvanın silah istehsalı üçün tələb olunan malları əldə etməsinin qarşısını almaq üçün Rusiyaya, eləcə də digər ölkələrdən istənilən şirkət və şəxslərə qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu