Pakistanda sərnişin avtobusu dərəyə yuvarlandı: azı 28 nəfər ölüb


Pakistanın cənub-qərbində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 28 nəfər ölüb.


Polis rəsmisi Əsgər Əli mətbuata açıqlamasında bildirib ki, Bəlucistan əyalətinin Turbat şəhərindən Kvetta şəhərinə gedən sərnişin avtobusu sürücünün sükanı itirməsi nəticəsində Vaşuk rayonu yaxınlığındakı dərəyə düşüb.

Polis qəza nəticəsində ən azı 28 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Sağlamlıq qurumlarına sövq edilən yaralılardan bəzilərinin həyati təhlükəsinin olduğu bildirilib.

Baş nazir Şahbaz Şərif qəza ilə bağlı verdiyi yazılı açıqlamada can itkisindən kədərləndiyini bildirib və yaralılara lazımi müalicənin göstəriləcəyini qeyd edib.

Mayın 3-də də oxşar qəza baş verib. Belə ki, Gilgit Baltistan bölgəsində avtobusun dərəyə yuvarlanması nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu