Zelenski Ukrayna Konstitusiyasına uyğun olaraq vəzifəsini davam etdirir - AÇIQLAMA


Ukrayna parlamentinin (Ali Rada) spikeri Ruslan Stefançuk bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Konstitusiyanın 108-ci maddəsinə uyğun olaraq vəzifəsini davam etdirir.


Stefançuk sosial media hesabından verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin Zelenskinin səlahiyyət müddəti ilə bağlı açıqlamasına cavab verib.

Ukrayna Konstitusiyasının 108-ci maddəsinin birinci bəndinə diqqət çəkən Stefançuk bildirib ki, Konstitusiyaya görə, Ukrayna prezidenti yeni seçilmiş dövlət başçısı vəzifəyə başlayana qədər səlahiyyətlərini icra edəcək. "Demokratik cəmiyyətlərdə buna hakimiyyətin davamlılığı deyilir" - deyə o qeyd edib.

Stefançuk vurğulayıb ki, Zelenski konstitusiya və digər qanunlara əsasən dövlət başçısı olaraq qalacaq.

Ukrayna prezidenti Zelenskinin 5 illik səlahiyyət müddəti mayın 20-də başa çatıb. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bütün ölkədə hərbi vəziyyət rejimi tətbiq olunduğu üçün prezident seçkiləri keçirilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu