Zelenski Ukraynanın əks hücuma keçməsi faktını təsdiqləyib


Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna qoşunlarının əks-hücuma getməsi faktını təsdiqləyib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, jurnalistlərə müsahibəsində hazırda döyüşlərin hansı istiqamətlərdə və hansı mərhələdə getdiyini açıqlamaqdan imtina edib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu müsbət mövqedədir. O, həmçinin Rusiyanın telegram kanallarına və xüsusən də Putinə etibar etməməyə çağırıb.

Xatırladaq ki, Ukrayna qoşunlarının əks hücuma keçməsini Rusiya prezidenti Vladimir Putin də təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu