Zelenski NATO sammitində iştirak etmək üçün Vilnüsə gedib


Ukrayna prezidenti Vladimir Zelenski NATO sammiti üçün Vilnüsə gəlib.


AFN.az LRT-ə istinadən xəbər verir ki, o, səfərini Polşanın dövlət təyyarəsi ilə edib.

Ukrayna prezidenti Polşanın Rzeşov şəhərindən Polşa prezidentinin təyyarəsi ilə Litvaya uçub.

Bildirilir ki, o, yolda jurnalistlərə əl yelləyərək Vilnüs hava limanının VİP terminalını kortejdə tərk edib.

Zelenski bazar ertəsi axşam 11-12 iyulda Litvanın paytaxtında keçiriləcək NATO sammitinə getdiyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu