Almaniya İsrailin Rəfahdakı qətliamını "səhv" adlandırıb


Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit, Rafahdakı köçkün fələstinlilərin düşərgəsinin bombalanmasını “səhv” kimi qiymətləndirdiklərini deyib.


Hebestreit Berlində keçirilən mətbuat konfransında İsrailin dünən Qəzzadakı qaçqın düşərgəsini bombalayaraq beynəlxalq hüququ pozub-pozmadığı sualını cavablandırıb.

Hebestreit belə bir nəticə çıxarmaq üçün ehtiyatlı olmaq lazım olduğunu bildirərək, İsrail prokurorluğunun hücumla bağlı narahatlığını ifadə etdiyini və məsələnin araşdırıldığını qeyd edib: “Hər halda səhv olub, bunu artıq deyə bilərik”.

Hebestreit bildirib ki, Almaniya kanslerinin müavini Robert Habeck, xarici işlər naziri Annalena Barbok və baş nazir Olaf Şolz dəfələrlə bəyan ediblər ki, İsrail HƏMAS-a qarşı müdafiəsində beynəlxalq hüququn prinsiplərinə riayət etməlidir.

Belə bir cinayətin törədildiyinə dair dəlillər olduqda Almaniya hökumətinin bunu mütləq qınayacağını ifadə edən Hebestreit vurğulayıb ki, beynəlxalq hüquqa görə bunun hərbi cinayət olub-olmaması hadisəni tam bilən hüquqşünasların öhdəsinə buraxılmalı olan bir məsələdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu