Finlandiya Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını açıqladı


Finlandiya qanunsuz mühacir axınına qarşı Rusiya ilə sərhədini bağlamaq qərarını aprelin 14-dək uzaddığını açıqlayıb.



Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransında çıxış edib.

Rusiyadan immiqrasiyanın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhdid yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən hibrid əməliyyatını dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.

Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu