Müəllim tələbələrin ətəklərini videoya çəkdiyinə görə həbs edildi


Sinqapurda 50 yaşlı müəllim həmkarlarının və tələbələrinin ətəkləri altında 170-dən çox video çəkdiyi üçün on ay müddətinə həbs cəzası alıb.


AFN.az xəbər verir ki, bu haqda "The Straits Times" məlumat yayıb.

Tələbələrdən birinin müəllimin yubka altında video çəkməsindən şübhələndiyi üçün polisə müraciət edib. Zərərçəkənlərin şəxsiyyətinin mühafizəsi ilə bağlı verilən əmrə görə həmin şəxsin adı açıqlanmasa da, onun 50 yaşı və 3 övladı olduğu bildirilib.

Keçən ilin sentyabrında kişi qadınların iffətini təhqir etməkdə üç ittiham üzrə özünü təqsirli bilib, daha beş ittiham hökm çıxarılarkən nəzərə alınıb. Məhkəmənin məlumatına görə, 2015-2018-ci illər arasında ən azı 47 müxtəlif qadın cinayətkarın qurbanı olub.

Hakim qeyd edib ki, bu müddət ərzində həmin şəxs ağır depressiv pozğunluqdan əziyyət çəkib, lakin məhkəmə-tibb eksperti bunu şüurlu seçim etmək qabiliyyətini saxladığı və cinayət törətməkdən imtina edə bildiyi üçün həbs müddətini məcburi müalicə ilə əvəz etmək üçün əsas hesab etməyib.

Müəllimə on ay iki həftə həbs cəzası verilib. O, 15 min Sinqapur dolları girov müqabilində azadlığa buraxıla bilər. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu