Cənubi Koreya prezidentinin ofisi telefon dinləmələrinin yalan olduğunu bildirib


Cənubi Koreya prezidentinin ofisi telefon dinləmələrinin yalan olduğu ilə bağlı açıqlama verib.


AFN.az-ın xəbərinə görə, "Yonhap" Xəbər Agentliyi administrasiya rəsmilərinə istinadən məlumat verir ki, prezident Yoon Seok-yeol administrasiyası ABŞ kəşfiyyatının onun məmurlarının telefonlarının dinlənilməsi ilə bağlı iddiaların "absurd və yalan" olduğunu bildirib. “Yonqsandakı prezident ofisi hərbi obyektdir və dinləmənin qarşısını almaq üçün sistem mövcuddur ki, bu da əvvəlki komplekdən qat-qat güclüdür. Aydındır ki, bu iddialar absurd, yalan şübhələrdir" - deyə qurumdan bildirilib.

Cənubi Koreyada prezident ofisi Seulun mərkəzindəki tarixi "Cheongwadae" (Mavi Ev) kompleksindən Yonqsandakı keçmiş müdafiə nazirliyinin binasına köçürüləndən sonra müxalifətdən olan deputatlar təhlükəsizlikdə boşluqların olmasına dair şübhələrinin olduğunu demişdilər. Onların fikrincə, hazırkı ofis binasına bitişik ABŞ kəşfiyyatının prezidentin ofisini dinləməsinə icazə verə biləcəyi ekstraterritorial ərazidə yerləşən Koreyadakı keçmiş ABŞ hərbi qərargahı yerləşir.

Agentliyin mənbəsinin sözlərinə görə, Yonqsanda bina daxilində danışıqlara qulaq asmaq mümkün deyil və prezident administrasiyasının köçürülməsi zamanı çox ciddi təhlükəsizlik standartları tətbiq edilib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi də bir müddət əvvəl bildirib ki, onun keçmiş binası hazırda prezident ofisi üçün istifadə olunur, telefon dinlənməsinin qarşısını almaq üçün lazım olan hər şey var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu