54 dövlət anti-Rusiya koalisiyası yaradıb


Beynəlxalq tərəfdaşlar və müttəfiqlər Rusiyanın başlatdığı müharibədə Ukraynanın qələbəsində qərarlıdır. Kreml əleyhinə koalisiya artıq 54 dövlətdən ibarətdir.


AFN.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukrayna telekanallarına açıqlamasında belə deyib. Reznikovun sözlərinə görə, bunu Ukraynanın fəxri qonaq kimi dəvət olunduğu Brüsseldə “Ramştayn” formatı çərçivəsində keçirilən görüş də təsdiqləyib.
Reznikov qeyd edib ki, bütün tərəfdaşlar və müttəfiqlər Ukraynanın qələbəsində çox qərarlıdır və bu bir il əvvəlkindən tamamilə fərqli əhval-ruhiyyədir.
“Kimsə Ukraynadan, müharibədən yorğunluq sindromunun olduğunu düşünürsə, bu, belə deyil. Bizim tərəfdaşlarımız çox, çox, vurğulayıram, çox qətiyyətlidir.
Qələbəmiz üçün hazır olun. Bunlar bir il əvvəlkindən tamamilə fərqli əhval-ruhiyyədir. Bu gün hamı Ukraynanın qələbəsinə inanır, hamı bu qələbəni istəyir”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.
O, əlavə edib ki, “Ramştain” görüşləri zamanı siyasi məsələlər, o cümlədən Rusiya ilə danışıqlar müzakirə olunmur. Reznikov vurğulayıb ki, Ukraynanın imkanlarını təkmilləşdirmək üçün silah və hərbi-sənaye kompleksinin məhsulları ilə bağlı yardım, eləcə də əks-hücum əməliyyatına başlamaq və müvəqqəti işğal olunmuş əraziləri azad etmək zərurətini müzakirə edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu