Ukrayna müdafiə naziri: "Əks-hücuma hazırlıq görülür"


Müdafiə naziri Aleksey Reznikov bəyan edib ki, Ukrayna Rusiya təcavüzünə qalib gəlmək vəzifəsi ilə yeni müharibə dövrünə qədəm qoyur. Onun sözlərinə görə, Ukrayna ordusu əks-hücuma keçəcək. Hazırda bunun təmin olunması istiqamətində işlər gedir.


"Biz yeni dövrə qədəm qoyuruq. Qələbə qazanmaq üçün yeni vəzifə ilə. Bir il əvvəl çoxları gözləyirdi ki, Ukrayna bir neçə həftəyə yox olacaq. Hər şey dəyişib. Bu gün gündəmin əsas sualı Ukraynanın qələbəsinin necə olacağıdır. Cavab sadədir. Qələbə bütün ərazilərimizin 1991-ci il sərhədlərinə qədər azad edilməsi və Rusiyadan gələn təhlükənin aradan qaldırılmasıdır”, - AFN.az xəbər verir ki, Reznikov özünün "Facebook" hesabında belə yazıb.
Reznikov əlavə edib ki, qələbə o zaman olacaq ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suveren və müstəqil, uğurlu, varlı, güclü olacaq və indiki formada Rusiya mövcud olmayacaq.
"Düşmənimiz hələ də çox təhlükəlidir və xeyli resursa nalikdir. Strateji baxımdan o, artıq uduzub. Biz hər şeyi yoluna qoymalıyıq. Artıq bir il əvvəlki kimi qeyri-müəyyənlik yoxdur. Bu, asan olmayacaq. Amma biz bacaracağıq. Bu, hələ də çox təhlükəlidir. Bacarıqlarımıza inam var, qəzəb var və həlak olanlarımız üçün qisas almaq istəyi var”, - deyə nazir izah edib.
Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Ukrayna bu döyüşdə tək deyil - onu dəstəkləyən 54 ölkədən ibarət koalisiya var.
"Bizi nə gözləyir? Ukrayna silahları da daxil olmaqla, daha çox silah. Bütün Müdafiə Qüvvələri üçün. Tanklar və zirehli texnikalar olacaq. Terrorçuların hansı ölkədən olmasından asılı olmayaraq, raket və pilotsuz təyyarələrin qarşısını almaqda daha yaxşı olacaq. Yeni silahlar olacaq. tərəfdaşların iştirakı ilə müdafiəçilərimiz üçün təlim proqramları. Biz onları təkcə orduya deyil, həm də qvardiyaçılara və yanaşı döyüşən hər kəsə şamil edəcəyik”, - Reznikov qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu