Bakı İrəvandan ekoloji zərərə görə milyardlarla dollar tələb edir


Azərbaycan öz torpaqlarının işğalı dövründə vurulan zərərin ödənməsi üçün Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldıracaq. Bu barədə Prezident İlham Əliyev dəfələrlə məlumat verib.


Rəsmi Bakı yalnız Ermənistan dövlətindən deyil, işğal altındakı ərazilərdə təbii sərvətləri istismar edən özəl şirkətləri də məhkəməyə verərək təzminat almaq niyyətindədir. Artıq bu şirkətlərin siyahısı da müəyyənləşdirilərək ictimaiyyətə açıqlanıb.
Bakı İrəvandan yalnız yaşayış məntəqələri, infrastrukturun dağıdılmasına görə deyil, işğal dövründə ətraf mühitin məhvinə görə də kompensasiya tələb edəcək. Politoloq Asif Nərimanlının sözlərinə görə, bu, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialarda öhdəliklərdən biridir: “Vurulan zərər milyardlarla dollarla qiymətləndirilir. Beynəlxalq məhkəmələrdə müsbət qərarın çıxacağı, yaxud bunun nə vaxt olacağını zaman göstərəcək, lakin Bakının İrəvana qarşı əsas rıçaqlarından birinin kompensasiya məsələsi olacağı bəllidir. Mövcud şərtlərdə çətin görünsə belə, Ermənistanın kompensasiyanı torpaqla ödəməsi məsələsi də gündəmə gətirilə bilər. Yaxud azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin edilməsi irəli sürülə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu