İyrənc olay! Psixoloji problemi olan gənc qızı "içinə cin girib" deyərək aldatdı və...


Ankarada özünü müəllim adlandıran şəxs psixoloji problemləri olan 19 yaşlı qızı və ailəsini "içində cin var" deyərək aldadıb. O, gənc qıza onunla yaxınlıq etsə, cinlərin çıxacağını, əks halda dəli olacağını bildirib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Mamak rayonunda yaşayan 19 yaşlı epilepsiya xəstəsi M.Y. psixoloji problemləri olduğu üçün Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının Psixiatriya Xidmətində müalicə almağa başlayıb. M.Y.-nin atası N.Y. müalicədən heç bir nəticə ala bilməyəcəklərini düşünərək qohumu vasitəsi ilə özünü müəllim adlandıran Murat Y. ilə tanış olub.
İddiaya görə, Murat Y. M.Y.-nin evinə gedəndə ailəsinə cinlərin onu təqib etdiyini, 30 ildir bu işlə məşğul olduğunu və qızlarını müalicə edə biləcəyini deyib. Ailənin razılığı ilə evə gəlib-gedən Murat Y. hər dəfə M.Y.-nın onunla tək qalmalı olduğunu, dualar oxuyacağını deyərək ailəni çıxarırmış. Qızlarının oxuduğu dualarla yaxşılaşacağını deyən Murat Y. müxtəlif vaxtlarda onlardan 20 min TL alıb.
Bir müddətdən sonra yaşadıqlarına artıq dözə bilməyən M.Y. ailəsinə Murat Y.-nin onu təhqir etdiyini və bunu desə, valideynlərini öldürməklə hədələdiyini bildirib. Şikayətçi M.Y., Murat Y.-nin ona "Mənim üstün güclərim var, cinlərim var. Mən sənin içindəki cinləri çıxara bilərəm. Bu cinləri səndən çıxarmaq üçün mənimlə cinsi əlaqədə olmalısan, əks halda dəli olarsan. Özünüzə və ailənizə zərər verəcəksiniz" dediyini bildirib: "Murat Y. mənimlə 4-5 dəfə bu şəkildə cinsi əlaqədə olub. Cinsi əlaqədən əvvəl cibindəki bıçağı çıxararaq "Mənə itaət etməsən, ailəni öldürəcəm, səni də öldürəcəm. Ailənə yaxşı görünəcəksən ki, nələr keçirdiyimizi anlamasınlar" deyirdi".
Ankara Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində saxlanılan Murat Y. sövq edildiyi məhkəmə tərəfindən həbs edilib. İfadəsində ittihamları qəbul etməyən Murat Y. sağalması üçün M.Y.-ya dua etdiyini, yalnız göbəyinə dəri üzərində toxunaraq oxuduğunu bildirib. İttiham aktı 35-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu